İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordu vətən qoruyur, insanlar həlak olur, Kiyevdə isə 5 min nəfərlik LGBT yürüşü – FOTO

1295 22.06.2026 02:36 Dünya A A

Ukraynada müharibə minlərlə ailənin həyatını alt-üst etdiyi, cəbhədə ağır itkilərin davam etdiyi bir vaxtda paytaxt Kiyevdə LGBT hüquqlarına dəstək aksiyası keçirilib.

Musavat.com xəbər verir ki, Kiyevdə təşkil olunan “Bərabərlik Marşı”nda təxminən 5 min nəfər iştirak edib. Aksiya iştirakçıları vətəndaş tərəfdaşlıqları haqqında qanunun qəbulunu tələb edib, diskriminasiyaya və yeni Mülki Məcəlləyə etirazlarını bildiriblər.

Yürüşün keçirildiyi əraziyə LGBT paradının əleyhdarları da toplaşıb. Tədbir zamanı təhlükəsizlik tədbirləri gücləndirilib və polis geniş heyətlə küçələrdə xidmət aparıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR