İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oreşnik” Avropanı belə SİLKƏLƏYİR - 10 dəqiqəyə...

2750 10.01.2026 19:47 Dünya A A

Rusiya istehsalı olan “Oreşnik” raketi Avropa üçün həssas təhlükəsizlik ssenarisi yaradır. Raketin təxminən 5500 km-ə qədər mənzili nəzəri olaraq Avropa qitəsinin böyük hissəsini zərbə radiusuna salır.

Musavat.com xəbər verir ki, bu qiymətləndirmə  “Sky News” tərəfindən yayımlanan materialda yer alıb.

Məlumata əsasən, əsas təhlükə məhz raketin son dərəcə yüksək sürəti ilə bağlıdır.

Məlumatlara görə, “Oreşnik” 10–11 Mach (təxminən 3 700 m/s) sürətinə çata bilir. Bu isə hava hücumundan müdafiə sistemləri üçün reaksiya müddətini kəskin azaldır - hədəf nə qədər sürətli olarsa, onun aşkarlanması, izlənməsi və tutulması bir o qədər çətinləşir.

Ukraynada bir sıra rəsmi şəxslər bildiriblər ki, “Oreşnik” mövcud hava hücumundan müdafiə sistemləri ilə faktiki olaraq tutulmazdır.

Məsələyə analitik baxış təqdim edən “Royal United Services Institute” qeyd edir ki, raket Rusiyanın qərb bölgəsindən buraxılarsa, təxminən 10 Mach sürətə malik orta mənzilli ballistik raket cəmi 10 dəqiqə ərzində Böyük Britaniyaya çata bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR