İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il banklara dollar satışı alışını 423 milyon dollar üstələyib  

423 04.02.2026 10:28 İqtisadiyyat A A

Azərbaycanın valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.

Musavat.com xəbər verir ki, Mərkəzi Bank bu qənaətdədir. Bildirilir ki, gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0.7 milyard dollarlıq müsbət saldo qeydə alınıb. İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6.9 miıyard dolları üstələyib. Mərkəzi Bankın yenilənmiş makroiqtisadi proqnozlarına əsasən 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

Valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir. 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2.6 faiz bəndi azalaraq 28 faizə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5.1 faiz artaraq 11.5 milyard dollara çatıb

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR