2025-ci ildə İngiltərəyə şişmə qayıqlarla La-Manş boğazı vasitəsilə gələn qanunsuz miqrantların sayı 41.500 nəfər olub. Bu, 2022-ci ildən bəri ən yüksək göstəricidir.
Musavat.com BBC-yə istinadla xəbər verir ki, bu rəqəmlər 2024-cü illə müqayisədə 13% artımdır. Həmin vaxt Birləşmiş Krallıq sahillərinə çatan qanunsuz miqrantların ümumi sayı 36.600 nəfər olub.
Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından bəri qanunsuz immiqrasiya problemi daha da kəskinləşib. Əslində bu məsələ Brexit-in əsas səbəblərindən biri idi. İngilislər Aİ-dən çıxmaqla qanunsuz miqrantlardan can qurtaracaqlarını da düşünürdülər.
2018-ci ildən bəri 190.000-dən çox qanunsuz immiqrant şişmə qayıqlarla Böyük Britaniyaya daxil olub. 2024-cü ilin iyul ayında keçirilən parlament seçkilərindən sonra Leyborist partiyası tərəfindən qurulan hökumət, qanunsuz miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün Aİ üzv dövlətləri ilə əməkdaşlığı gücləndirəcəyinə söz verib.
Musavat.com






