İnsanlara hürriyət, millətlərə istiqlal!

Ov silahı ilə qətl törədən şübhəlini polis saxladı - DİN

1167 26.03.2026 20:43 Dünya A A

Xəbər verdiyimiz kimi bu gün, martın 26-da axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.

DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR