İnsanlara hürriyət, millətlərə istiqlal!

Palmiradan sonra İdlib: Suriyada təhlükəsizlik çökür

634 15.12.2025 13:00 Dünya A A

Suriyanın İdlib əyalətində naməlum silahlı şəxslər Daxili İşlər Nazirliyinin yol təhlükəsizliyi xidmətinə məxsus patrulu atəşə tutub.

Musavat.com xəbər verir ki, hadisə Maarrat ən-Numan magistral yolunda baş verib. Hücum nəticəsində dörd suriyalı təhlükəsizlik əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.

Hücum Palmirada ABŞ–Suriya birgə patruluna edilən hücumdan bir gün sonra qeydə alınıb. Həmin insident zamanı iki amerikalı hərbçi ölüb. Vaşinqton bu hücumu İŞİD-in törətdiyini bəyan edib və sərt cavab veriləcəyini açıqlayıb.

Məlumata görə, Suriya Prezidenti Əhməd əş-Şaraa ABŞ Prezidenti Donald Trampa müraciət edərək, Homs əyalətində amerikalı hərbçilərin həlakı ilə bağlı başsağlığı verib.

Ardıcıl hücumlar Suriyada təhlükəsizlik vəziyyətinin yenidən kəskinləşdiyini göstərir. Analitiklər hesab edirlər ki, İdlib və Palmira hadisələri regionda terror təhlükəsinin hələ də aradan qalxmadığını və yeni eskalasiya riskinin artdığını ortaya qoyur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR