İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə Janna d’Arkın heykəlindən qılınc oğurlandı

407 02.01.2026 23:55 Dünya A A

Musavat.com xəbər verir ki, bu gün səhər saatlarında Parisdə qeyri-adi hadisə qeydə alınıb.

Europe1 və Agence France-Presse (AFP)nin məlumatına görə, bir kişi Sen-Ogüsten meydanında yerləşən Janna d'Arkın atlı heykəlinə qalxaraq heykəlin əlindəki qılıncı çıxarmağa müvəffəq olub və daha sonra hadisə yerindən uzaqlaşıb.

Hüquq-mühafizə orqanları şübhəli şəxsi qısa müddət ərzində saxlayaraq nəzarət altına alıblar. Bildirilir ki, o, psixiatrik ekspertizadan keçiriləcək.

Fransa mətbuatı qılıncın hazırda harada olması ilə bağlı hər hansı məlumat yaymayıb.

Qeyd edək ki, Janna d’Arkın atlı heykəli XIX əsrin sonlarında fransız heykəltəraş Paul Dubois tərəfindən hazırlanıb və Parisin tanınmış tarixi abidələrindən biri hesab olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR