İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan bu dəfə də avtobusda qarğıdalı yedi - Video

1142 01.03.2026 13:15 Dünya A A

Ermənistanın Baş naziri Nikol Paşinyan son iki gündə avtobusda qidalanması ilə diqqət çəkib.

Musavat.com-un məlumatına görə, ötən gün Paşinyan “pirojki” yeyərkən görüntülənmiş, bu dəfə isə avtobusda qarğıdalı ilə qidalanması sosial şəbəkələrdə geniş müzakirə olunub. Görüntüləri Ermənistan Parlamentinin sədri Alen Simonyan paylaşıb və videolarda onların hər ikisinin qarğıdalını iştahla yediyi görünür.

Qeyd edək ki, eyni zamanda, Paşinyanın şəxsi həyatı da gündəmə gəlib. Onun həyat yoldaşı Anna Akopyan faktiki olaraq baş nazir ilə yollarını ayırdığını açıqlayıb. Akopyan bildirib ki, hökumətə məxsus bağ evlərini tərk edib və bundan sonra kirayə mənzildə yaşayacaq.

Paşinyan isə sosial şəbəkədə Anna Akopyandan keçmiş incikliklərə görə üzr istəyib və onun qərarına hörmət etdiyini bildirib.

Baş nazir qeyd edib ki, 30 il ərzində Akopyan onun üçün dayaq olub, lakin eyni sözləri özü haqqında deyə bilmir.


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR