İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan İkinci Qareginin telekanalını qapatdı  

356 25.12.2025 14:01 Dünya A A

“Şoqakat” televiziyası yanvarın 1-dən fəaliyyətini dayandıracaq.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Ermənistan hökuməti dekabrın 25-də keçirdiyi iclasda bu barədə qərar qəbul edib. Telekanal Ermənistan hökumətinin 24 fevral 2011-ci il tarixli qərarı ilə yaradılmışdı və onun səhmlərini idarə etmək səlahiyyəti İctimai Televiziya və Radio Şirkətinin Şurasına verilmişdi.

Şirkətin əsas fəaliyyəti mənəvi-mədəni televiziya proqramlarının hazırlanması və yayımı idi.

Xatırladılır ki, oktyabrın 24-də Ermənistan parlamenti “Audiovizual Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna ictimai yayımçıların sayının ikiyə endirilməsini nəzərdə tutan, eyni zamanda təhsil və mədəniyyət proqramlarına olan tələbi aradan qaldıran dəyişikliklər layihəsini qəbul edib.

Bəraət aydın oldu ki, söhbət “Şoqakat” TV-nin buraxılmasından və onun ictimai yayımçılar siyahısından çıxarılmasından gedir.

Dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, adı çəkilən telekanal Eçmiədzinin (Üçkilsə) ən fəal təbliğat ruporlarından biri idi. Bu mənada Paşinyan İkinci Qaregin və dəstəsinin səsini daha bir ünvanda kəsmiş olur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR