Ermənistanın baş naziri Nikol Paşinyan II Qaregin ilə münasibətlərindəki gərginliyin səbəblərindən birini ilk dəfə açıq şəkildə etiraf edib.
Musavat.com xəbər verir ki, o, Katolikosun ətrafındakı əsas fiqurlardan biri-Ktrich Nersisyan haqqında son dərəcə sərt açıqlama verib.
Paşinyan bildirib ki, Nersisyanla bir neçə dəfə şəxsi söhbətlər aparıb və bu görüşlər nəticəsində onda belə qənaət formalaşıb ki, həmin şəxsin Eçmiədzin rəhbərliyində qalması Erməni Apostol Kilsəsinə “katastrofik ziyan” vurur:
“Erməni Apostol Kilsəsinə Ktrich Nersisyanın varlığından daha çox ziyan vuran heç nə yoxdur. Onunla dəfələrlə danışmışam və bu söhbətlərdən aldığım təsəvvür məni inandırdı ki, Eçmiədzində onun iştirakı Kilsəni fəlakətə aparır".
Eçmiədzin hələlik baş nazirin ittihamlarına reaksiya verməyib.
Musavat.com






