"Hamımızın günahları var — kiminsə az, kiminsə çox, ehtimal olunur ki, məndə bir qədər artıqdır".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan 20 noyabrda jurnalistlərlə söhbətində səsləndirib.
Onun sözlərinə görə, bunun səbəbi onun daşıdığı məsuliyyət dərəcəsi və statusunun xüsusiyyətləri ilə bağlıdır. Paşinyan hər həftə kilsəyə gedərək günahlarının bağışlanmasını ala bildiyinə görə məmnunluq ifadə edib.
Paşinyanın iddiasına görə, Ermənistanda mənəvi bərpa prosesi gedir. “Mənim ruhani həyatım tam şəkildə bərpa olunub, eləcə də mənim silahdaşlarımın və tərəfdarlarımın ruhani həyatı. Bu gün mən liturgiyaya baş nazir kimi yox, Ermənistan Apostol Kilsəsinin adi bir mömini kimi gedirəm”, – deyə Paşinyan vurğulayıb.
Hökumət başçısı bildirib ki, onun sözləri ilə, əvvəl mövcud olmuş anti-ruhani atmosfer fonunda o, liturgiyalar zamanı bu gün davrandığı kimi davrana bilməyib
Musavat.com






