İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan partiyasının seçki proqramını açıqladı

685 20.04.2026 13:39 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyan iyun ayında keçiriləcək seçkilərdə partiyasının əsas prioritetlərini açıqlayıb.

Musavat.com xəbər verir ki, Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramını təqdim edib.

Nikol Paşinyan sosial şəbəkədə canlı yayım zamanı bildirib ki, proqramın giriş hissəsi 2021–2026-cı illər üzrə hökumət fəaliyyət proqramında yer alan müddəalara əsaslanır.

O qeyd edib ki, həmin sənəddə Ermənistan və region üçün sülh dövrünün açılması əsas missiya kimi müəyyən edilmişdi.

Paşinyan çıxışında bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ölkə üçün yeni inkişaf mərhələsi yaradıb və qarşıdan gələn seçkilərdə bu istiqamətin davamı əsas məqsəd kimi qiymətləndirilir.

Nikol Paşinyan vətəndaşları 7 iyunda keçiriləcək seçkilərdə iştirak etməyə çağıraraq sülh gündəliyinin dəstəklənməsinin vacibliyini vurğulayıb.

Daha sonra o əlavə edib ki, partiyanın seçki proqramının ideoloji əsasını “real Ermənistan” konsepsiyası, eləcə də ölkənin iqtisadi və institusional transformasiyası təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR