İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan-Qaregin qarşıdurması dərinləşir: Milad iki yerə bölündü

459 06.01.2026 13:51 Region A A

Ermənistanda hakimiyyətlə Apostol Kilsəsi arasında davam edən gərginlik Milad mərasimlərində açıq şəkildə özünü göstərib.

Musavat.com xəbər verir ki, hazırda ölkədə eyni vaxtda iki ayrı Milad liturgiyası keçirilir və bu mərasimlər qarşı-qarşıya duran iki siyasi–dini düşərgəni simvolizə edir.

Bir tərəfdə - Eçmiədzində, bütün ermənilərin katolikosu II Qareginin iştirakı ilə ənənəvi Milad liturgiyası baş tutur. Digər tərəfdə isə baş nazir Nikol Paşinyan, həyat yoldaşı və tərəfdarları ilə birlikdə İrəvandakı Müqəddəs Qriqor Maarifçi kilsəsində keçirilən liturgiyada iştirak edir.

Erməni mediası bu mənzərəni “iki mərkəzli Milad” kimi təqdim edir. Yerli KİV-lər və sosial şəbəkələrdə əsas müzakirə mövzusu isə tərəflərdən hansının mərasiminə daha çox inanclının qatılmasıdır. Medianın bir hissəsi Eçmiədzindəki izdihamı önə çıxarır, digər hissə isə Paşinyanın qatıldığı kilsədə iştirakın yüksək olduğunu iddia edir.

Müşahidəçilər bildirirlər ki, bu mənzərə artıq təkcə dini məsələ deyil, Paşinyanla  II Qaregin arasında açıq siyasi-ideoloji qarşıdurmanın simvoluna çevrilib. Milad günü belə ölkədə birlik yox, parçalanma görüntüsünün yaranması isə cəmiyyətdə ciddi narahatlıq doğurur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR