İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rusiya mallarının Azərbaycan vasitəsilə idxalından DANIŞDI

944 06.11.2025 13:14 Siyasət A A

Ermənistan müxtəlif Rusiya məhsullarını dəmir yolu ilə Azərbaycan ərazisindən idxal etməyi nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib.

O, bunu 1990-cı illərdən bəri ilk dəfə Azərbaycan tranziti ilə həyata keçirilən buğda tədarükünə şərh edərkən bildirib.

“Hazırda Azərbaycan vasitəsilə Rusiyadan müxtəlif malların idxalı ilə bağlı müraciətlərə baxılır. Eyni zamanda, praktikada bu marşrutla Ermənistan məhsullarının Rusiyaya və ya Qazaxa ixracı necə həyata keçirilə biləcəyini də anlamaq lazımdır”, - deyə Paşinyan əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR