İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan tərəfdarlarını restoranda toplayır

707 16.12.2025 15:52 Region A A

Ermənistanda hakim komanda bayramqabağı toplantıya hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb.

Qəzetin məlumatına əsasən, hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının üzvləri Nikol Paşinyanın rəhbərliyi ilə dekabrın 27-də Artaşatda bir araya gələcəklər.

Məlumata görə, ilkin qərara əsasən, tədbirin keçirilməsi üçün Artaşat yolunda yeni açılmış “Adana” restoranı seçilib. Lakin hələlik bunun hansı formatda olacağı - ilin sonuna həsr olunmuş şənlik, yoxsa eyni zamanda siyasi toplantı - dəqiqləşməyib. Bununla belə, hakimiyyət nümayəndələri bu iki formatın birləşdirilməsi ehtimalını da istisna etmirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR