Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Türkiyə ilə ikitərəfli dialoqda artıq həm simvolik, həm də praktiki addımların atılması üçün münasib məqam yetişib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bu barədə dekabrın 25-də jurnalistlərlə söhbətində danışıb.
Paşinyanın sözlərinə görə, münasibətlərin inkişafı üçün daha geniş və konkret tədbirlər görülməlidir və o, bu istiqamətdə irəliləyiş olacağına ümid etdiyini vurğulayıb.
Ermənistan baş naziri Türkiyə tərəfinin 2026-cı ildə simvolik addımlar atmağa hazır olduğunu da müsbət qiymətləndirib. Qeyd edək ki, bu mövqeni daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamışdı.
Musavat.com






