İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə baraban başında – yeni VİDEO paylaşdı

1115 28.03.2026 08:35 Region A A

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında gündəlik həyatı ilə bağlı növbəti paylaşım edib.

Musavat.com xəbər verir ki, yeni yayılan görüntülərdə baş nazir barabanda ifa edir.

Paşinyan paylaşımında ermənibu sözləri yazıb:

“İki saat məktublarla məşğul oldum, indi isə onlayn baraban dərsinin vaxtıdır”.

Qeyd edək ki, Paşinyan son aylarda musiqi ilə, xüsusilə də baraban ifası ilə ciddi məşğul olur və tez-tez bu mövzuda paylaşımlar edir. O, hətta öz musiqi qrupunu yaratdığını və konsert proqramı planlaşdırdığını da açıqlamışdı.

Baş nazirin baraban ifası ilə bağlı videoları və paylaşımları sosial şəbəkələrdə tez-tez viral olur və geniş müzakirələrə səbəb olur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR