İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana görə 3 nəfər HƏBS EDİLDİ

613 31.03.2026 14:31 Dünya A A

Ermənistanın Müqəddəs Anna kilsəsində baş vermiş insidentlə bağlı 3 nəfər barəsində cinayət işi açılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat yayıb.

Onun sözlərinə görə, ilkin istintaq çərçivəsində təqsirləndirilən şəxslərdən birinə qarşı xuliqanlıq və vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə ittihamı irəli sürülüb.

İkinci vətəndaş xuliqanlığa və vəzifəli şəxsin fəaliyyətinə müdaxiləyə köməklik göstərməkdə, üçüncü şəxs isə bu əməllərin təşkilində təqsirləndirilir.

Xatırladaq ki, martın 29-da Ermənistan mediası Müqəddəs Anna kilsəsində keçirilən liturgiya zamanı baş vermiş insident barədə məlumat yayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan mühafizəçilərin müşayiəti ilə çıxışa doğru gedərkən, orada olanlardan biri ona yaxınlaşmağa çalışaraq “Mənə elə baxma!” deyib.

Arxa tərəfdə olan digər bir şəxs isə Paşinyana zərbə endirməyə cəhd göstərib.

Mühafizəçilər həmin şəxsləri uzaqlaşdırmağa çalışarkən hökumət başçısı onlara “Sakit olun” deyə müraciət edib.

Hadisə ilə bağlı ümumilikdə üç nəfər saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR