İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Qarabağ etirafı: “Ermənistan üçün ölümcül səhv oldu”

1245 08.05.2026 20:35 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Paşinyan Kornidzorda seçkiqabağı kampaniya zamanı çıxış edərək Qarabağın Ermənistan üçün “taleyüklü və ölümcül səhv”ə çevrildiyini bildirib.

O qeyd edib ki, illərlə Ermənistan cəmiyyətinə “ölkənin pis yaşamasının səbəbinin Qarabağ olduğu” barədə yanlış məlumat verilib. Baş nazirin sözlərinə görə, Qarabağ məsələsinin ölkə üçün ağır nəticələr doğuracağı əvvəlcədən məlum idi.

Paşinyan əlavə edib ki, Qarabağda maaş və pensiyalar Ermənistan büdcəsi hesabına yüksək saxlanılırdı. O, bunu unudan şəxsləri “nankor və dövlət hesabına yaşayanlar” adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR