İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatının qardaşı niyə döyülüb?

288 27.07.2026 16:48 Region A A

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının tanınmış simalarından, parlament sədrinin müavini postuna namizəd Ayk Koncoryanın qardaşı Avet Koncoryanın döyülməsi ilə bağlı yeni təfərrüatlar yayılıb.

Musavat.com xəbər verir ki, Armlur.am hadisənin mümkün iştirakçıları və insidentdən əvvəl baş verənlər barədə məlumat dərc edib.

Nəşrin məlumatına görə, Avet Koncoryanın döyülməsində Kotayk vilayətində çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan “Millon Mining” şirkətinin direktoru Babken Ovakimyan və onun ətrafındakı bir qrup şəxsin iştirak etdiyi iddia olunur.

Armlur.am mümkün iştirakçılar sırasında Ovakimyanın sürücüsü Robert Sarkisyanı, Abovyan icmasının Ağsaqqallar Şurasının üzvü Nairi Akopyanı, “Ellari Sako” ləqəbi ilə tanınan şəxsi, Qrişa Qriqoryanı və Azat Şahoyanın adlarını çəkir. Bu şəxslərin hadisədə konkret rolunun istintaq tərəfindən hələ müəyyənləşdirildiyi bildirilmir.

Hadisənin mümkün səbəbi ilə bağlı isə diqqətçəkən video ortaya çıxıb.

Makaryan.news-un yaydığı görüntülərdə Avet Kondjoryanın avtomobillə Nairi Akopyanın evinin qarşısından keçdiyi və seksual xarakterli təhqirlər səsləndirdiyi görünür. Erməni mediası döyülmə hadisəsini bu insidentlə əlaqələndirir.

Xatırladaq ki, iyulun 24-də gecə saat 00:05 radələrində Avet Koncoryan yaşadığı binanın qarşısında bir qrup şəxs tərəfindən ağır şəkildə döyülüb.

Ermənistan İstintaq Komitəsinin Kotayk vilayəti üzrə istintaq idarəsində hadisə ilə əlaqədar bir qrup şəxs tərəfindən fiziki zorakılığın tətbiqi və xuliqanlıq əlamətləri üzrə cinayət işi başlanıb.

İndiyədək iki nəfər saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR