İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın nümayəndəsindən Karapetyan AÇIQLAMASI 

819 14.07.2025 18:25 Region A A

“Ermənistan hakimiyyəti Samvel Karapetyanın yeni siyasi qüvvə yaratmaq təşəbbüsündən narahat deyil”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan danışıb.

Onun sözlərinə görə, Paşinyana ictimai dəstək məsələsi 2026-cı il seçkilərində bəlli olacaq.

“Əgər bizi nəsə narahat edirsə, o da yalnız Rusiya vətəndaşının Ermənistanın daxili siyasi həyatına qarışmaq cəhdidir”, - deyə Paşinyanın nümayəndəsi qeyd edib.

Yeni siyasi təşəbbüsün hökumətə təsir edib-etməyəcəyi sualına cavabında Çaxoyan vurğulayıb ki, 2018-ci ildən bəri Ermənistanda bir çox yeni partiyalar yaranıb, lakin onların əksəriyyəti real ictimai dəstək toplaya bilməyib:

“2026-cı il seçkilərinə bir ildən az vaxt qalır və siz hamınız görəcəksiniz ki, hazırkı hakimiyyət nə qədər dəstəyə malikdir və bu yeni qüvvələr nə qədər dəstəklənir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR