İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın təyyarəsi gizli şəkildə Moskvaya ENDİ

803 11.12.2025 15:18 Dünya A A

Ermənistanın baş naziri Nikol Paşinyana məxsus olduğu güman edilən təyyarə Moskvaya enib. 

Musavat.com xəbər verir ki, bu barədə TASS-a hava hərəkətinə nəzarət dairələrindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Hamburgdan havaya qalxan və pilotsuz uçuş aparatının hücumu səbəbindən Moskva üzərindəki hava məkanının müvəqqəti bağlanması ilə əlaqədar gecə paytaxta enə bilməyən təyyarə əvvəlcə Sankt-Peterburqa istiqamətləndirilib. Orada qısa müddətli enişdən sonra təyyarə Moskvaya yola düşüb və artıq paytaxta enib.

Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan təsdiqləyib ki, Paşinyanın təyyarəsi şəhər üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbindən gecə Moskvaya enə bilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR