Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill moizəsi zamanı inanclılara qeyri-adi çağırış edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Tanrıdan maaş artımı, vəzifə yüksəlişi, ev, avtomobil və ya məzuniyyət istəmək düzgün yanaşma deyil.
Patriarx bildirib ki, bu cür istəklər maddi xarakter daşıyır və “göy belə dualara cavab vermir”.
Kirill hesab edir ki, dua yalnız mənəvi dəyərlər üçün edilməlidir - insanın imanının möhkəmlənməsi və “doğru həyat yolu” üçün.
O vurğulayıb ki, ibadətin məqsədi gündəlik rifahı yaxşılaşdırmaq yox, insanın daxili aləmini dəyişmək olmalıdır.
Musavat.com






