İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon süni intellekt şirkətini əməkdaşlığı dayandırmaqla hədələyir

297 15.02.2026 10:18 Dünya A A

ABŞ Müdafiə Nazirliyi süni intellekt (Sİ) sistemləri hazırlayan Amerika şirkəti olan "Anthropic" ilə əməkdaşlığına son qoya bilər.

Musavat.com "Axios"a istinadən xəbər verir ki, buna səbəb şirkətin öz məhsullarının müşahidə və silah inkişafı üçün istifadəsinə məhdudiyyətlər qoyulmasını tələb etməsidir.

Vaşinqton administrasiyasındakı mənbəyə görə, "Pentaqon "Anthropic" ilə əlaqələrini kəsməyi düşünür, çünki şirkət modellərinin hərbi istifadəsinə məhdudiyyətləri qorumaqda israr edir".

Qeyd olunur ki, nazirlik onunla əməkdaşlıq edən süni intellekt şirkətlərindən onların məhsullarının "bütün qanuni məqsədlər üçün" istifadə olunmasını istəyir. Pentaqon bunları hərbi əməliyyatlar və kəşfiyyat toplama kimi təsnif edir.

"Anthropic" bu şərtlərlə razılaşmır. Xüsusilə, o, hazırladığı sistemlərin "amerikalıların kütləvi müşahidəsi" və ya "tam muxtar silahlar" üçün istifadə edilməməsini tələb edir.

Nazirlik nümayəndələri ilə "Anthropic" arasında danışıqlar heç bir nəticə verməyib. Bir mənbə portala bildirib ki, Pentaqon şirkətlə əlaqələrini tamamilə kəsmək də daxil olmaqla "bütün variantları nəzərdən keçirir".

Portalın yazdığına görə, bu, xüsusilə "Anthropic"in "Claude AI" modelindən fəal şəkildə istifadə edən ABŞ ordusu üçün çətinliklər yaradacaq. Bu model ABŞ-ın məxfi hərbi şəbəkələrinə çıxış əldə edən ilk model olub. 2025-ci ilin yayında Pentaqon "Anthropic? ilə 200 milyon dollarlıq müqavilə imzalayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR