İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Hindistana GETDİ: Modidən gözlənilməz JEST - VİDEO

1090 04.12.2025 19:00 Siyasət A A

Rusiya prezidenti Vladimir Putin iki günlük dövlət səfəri ilə Hindistana gəlib.

Musavat.com xəbər verir ki, cümə axşamı onun Hindistanın baş naziri Narendra Modi ilə qapalı formatda qeyri-rəsmi görüşü planlaşdırılıb.

Rusiya liderinin təyyarəsi Hindistan Hərbi Hava Qüvvələrinin "Palam" aviabazasına enib.

Protokola zidd olaraq, Putini şəxsən Modi qarşılayıb. 

Liderlər qırmızı xalçanın ortasında görüşərək əl sıxıb və qucaqlaşıblar, daha sonra nümayəndə heyətlərinin üzvlərinin yanına keçiblər. Ardınca Putin və Modi qarşılanma rəqslərinə baxıb və hava limanından çıxmaq üçün ağ rəngli yolsuzluq avtomobilinə əyləşiblər.

Aviabazanın rəsmi terminalında Rusiya və Hindistan bayraqları qaldırılıb, həmçinin Rusiya prezidentini salamlayan xüsusi lövhə yerləşdirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR