Rusiya prezidenti Vladimir Putin Milad bayramını hərbçilərlə birlikdə qarşılayıb və onların vətəni “Tanrının müqəddəs əmri ilə” müdafiə etdiklərini bəyan edib.
Musavat.com "Dojd"a istinadən xəbər verir ki, Putin Moskva vilayətində yerləşən Böyük Georgi kilsəsində keçirilən Milad mərasimində iştirak edib.
Mərasimdə olan uşaqlarla söhbət zamanı o, ukraynalıları öldürən “rus əsgərlərini”ni “Xilaskar Rəbb”lə müqayisə edib. Onun sözlərinə görə, onlar “məhz bu missiyanı - vətənin müdafiəsini, ölkənin və onun xalqının xilasını” yerinə yetirirlər.
Mərasim zamanı Milad ağacından bir oyuncağın yerə düşməsi diqqət çəkib. Putin oyuncağı yerdən götürərək yenidən yerinə asıb. Hadisə sosial şəbəkələrdə “xoş olmayan əlamət” kimi dəyərləndirilib.
Musavat.com






