İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putini öpüş və güllərlə dayandırmaq olmaz” – Zelenskidən sərt mesaj

502 16.02.2026 18:50 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski Cenevrədə keçiriləcək danışıqlar ərəfəsində Rusiyaya münasibətdə sərt mövqe nümayiş etdirib.

Musavat.com xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, “aqressora nəyisə güzəştə getmək böyük səhvdir”.

Onun sözlərinə görə, bu səhv ilk dəfə 2014-cü ildən, hətta daha əvvəl – Gürcüstanın bir hissəsinin işğalı zamanı edilib. Zelenski qeyd edib ki, bundan əvvəl Çeçenistanda baş verən dağıntılar və böyük insan itkiləri zamanı da ciddi səhvlərə yol verilib.

“Çox səhvlər edilib. Məhz buna görə də mən öz sələflərimin və ya başqa liderlərin səhvlərini təkrarlayan prezident olmaq istəmirəm”, – deyə Ukrayna lideri vurğulayıb.

Zelenski bildirib ki, söhbət təkcə Ukraynadan getmir, Rusiyanın öz ərazilərinə daxil olmasına imkan vermiş digər ölkələrin liderlərindən də gedir.

O, Putini “öpüşlə və ya güllərlə dayandırmağın mümkün olmadığını” deyərək sərt mesaj verib:

“Putini nə öpüşlə, nə də çiçəklə dayandırmaq olar. Mən bunu heç vaxt etməmişəm və bunun doğru olduğunu düşünmürəm. Hər kəsə məsləhətim budur: bunu Putinlə etməyin. Əks halda bu, yalnız ilk addım olacaq. Beş ildən sonra o, ordusunu yenidən quracaq, əsgər sayını artıracaq və yaxşı təlim keçmiş orduya sahib olacaq. Çünki o, çoxlu sayda hazırlıqlı hərbçisini itirib. Hazırda hər ay 30–35 min nəfər itirir. XXI əsrdə bunu təsəvvür edə bilərsinizmi? Hər ay 35 min itki? Əmin deyiləm ki, o, bunun fərqindədir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR