İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Yeni il planı: Bayram günlərində NƏ EDƏCƏK... - Peskov AÇIQLADI

809 20.12.2025 18:06 Region A A

Rusiya prezidenti Vladimir Putin Yeni il bayram günlərində də işləməyi planlaşdırır, onun üçün istirahət günləri yoxdur.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Onun ənənəvi mənada istirahət günləri yoxdur. O, hələ də daim işləyir", -  Rusiya prezidentinin mətbuat katibi deyib.

Peskov əlavə edib ki, sözügedən dövrdə Putinin ictimai tədbirlərdə iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.

Xatırladaq ki, Putin bir gün əvvəl “birbaşa xətt” formatında çıxışı zamanı həmişə gec saatlara qədər işlədiyini, lakin son vaxtlar iş gününün daha da gec bitdiyini deyib. Onun sözlərinə görə, Rusiya prezidenti birbaşa Kremldə, vaxtilə sələfi Boris Yeltsin üçün istirahət məqsədilə hazırlanmış, olduqca sadə şəkildə təchiz olunmuş otaqda yaşayır.

İqbal RZAYEV,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR