İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əli Sadiq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaaninin casusluğa görə edam edilməsi barədə yayılan xəbərləri təkzib edib.
Musavat.com xəbər verir ki, o, ərəb mediasında və sosial şəbəkələrdə yayılan iddiaları qətiyyətlə rədd edib.
İran dövlət mediası vasitəsilə yayılan və Bağdaddakı səfirlik tərəfindən təsdiqlənən açıqlamada diplomat bildirib:
“İsmayıl Qaani ön cəbhədədir və müharibəyə şəxsən rəhbərlik edir. Bu iddiaların hamısı düşmənin psixoloji müharibəsinin bir hissəsidir və məqsədi qüvvələrimizin və müttəfiqlərimizin mənəvi ruhunu sarsıtmaqdır. General Qaani sağdır və ABŞ ilə sionist rejimə qarşı əməliyyatlara rəhbərlik etməyə davam edir”.
Qeyd edək ki, Qaaninin İsrailə casusluq ittihamı ilə “edam edilməsi” və ya həbs olunması barədə şayiələr 2026-cı il fevralın 28-də baş verən zərbələrdən sonra yayılmağa başlayıb. İddialara görə, Qaani bir çox yüksək vəzifəli şəxsdən fərqli olaraq həmin hadisələrdən yenə də sağ çıxıb.
Musavat.com






