İnsanlara hürriyət, millətlərə istiqlal!

Qapalı diplomatiya bitdi: Türkiyə Paşinyanı açıq müdafiə edir

2525 16.01.2026 00:48 Dünya A A

Ermənistanda qarşıdan gələn seçkilər fonunda Ankara İrəvana yönəlik mövqeyini açıq şəkildə ortaya qoyub.

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan baş nazir Nikol Paşinyanın hazırda ictimai rəy sorğularında lider olduğunu və onun tutduğu “konstruktiv xəttin” dəstəkləndiyini bildirib.

Nazirin sözlərinə görə, Paşinyanın nümayiş etdirdiyi siyasi iradə və kurs regionda sabitlik və normallaşma baxımından əhəmiyyətlidir və bu xəttin davam etməsi vacibdir. Ankara Paşinyanın oynadığı rolu müsbət qiymətləndirərək, normallaşma prosesinə töhfə verən addımları dəstəklədiyini vurğulayıb.

Bu açıqlama Türkiyə–Ermənistan münasibətlərində son dövrlər müşahidə olunan yumşalma fonunda seçkilər ərəfəsində verilmiş açıq siyasi mesaj kimi dəyərləndirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR