İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ canisi sərsəmlədi

2413 28.12.2025 14:52 Son xəbər A A

Qarabağın keçmiş separatçı liderlərindən biri, antiterror əməliyyatı zamanı qaçıb aradan çıxan Vitali Balasanyan yenidən sərsəmləyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, separatçı deyib:

“Avqustun 8-də qəbul edilən sənəd deyil, noyabrın 9-da qəbul edilən isə sənəddir”.

Erməni jurnalistlərə açıqlamasında Balasanyan daha bir cəfəngiyyatı səsləndirib:

““Artsax”a qayıtmaq məsələsi Paşinyan üçün bağlıdır, bizim üçün isə qapalı deyil. Noyabrın 9-da qüvvədə olan sənəd də var”.

Kilsəyə qarşı kampaniyanı və Qarabağ ermənilərinin yeparxiyasının rəhbərinin davranışını şərh edən Vitali Balasanyan hiyləgərcəsinə sualdan yayınıb və “nağıl” danışıb:

“Mənim qiymət vermək istəyim yoxdur, “artsax” xalqı öz fikrini bildirib. Hər bir möminin hakimi Allahdır. Kim həddi aşsa, Allah əzabını verəcək. Mənə hökm vermək olmaz”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR