Ukrayna ordusunun Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) obyektinə pilotsuz uçuş aparatı ilə endirdiyi zərbə Qazaxıstanda ciddi narahatlıq doğurub. Qeyd edək ki, XBKK vasitəsilə Qazaxıstanın nefti ixrac olunur və layihədə Amerikanın "Exxon" şirkəti də pay sahibidir.
Musavat.com xəbər verir ki, Qazaxıstan Energetika Nazirliyi sərt bəyanatla çıxış edib:
"Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) qurğusuna edilən hücum qəbuledilməzdir. Bu, qlobal enerji təhlükəsizliyi üçün risk yaradır və layihə iştirakçılarının iqtisadi maraqlarına ciddi ziyan vurur".
"Sırf mülki əhəmiyyətli infrastruktur qurğularına qarşı bu cür hərəkətlər qəbuledilməzdir. XBKK beynəlxalq enerji layihəsidir və onun qurğularına qarşı hər hansı güc tətbiqi qlobal enerji təhlükəsizliyi üçün birbaşa risklər yaradır və Qazaxıstan Respublikası da daxil olmaqla konsorsium iştirakçılarının iqtisadi maraqlarına ciddi ziyan vurur".
Bəyanat regionda enerji infrastrukturunun hədəfə alınmasının yaratdığı təhlükələri bir daha gündəmə gətirib. Qazaxıstan tərəfi vəziyyəti ciddi izlədiyini və beynəlxalq tərəfdaşlarla məsləhətləşmələrin davam etdiyini bildirib.
Musavat.com






