İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada ölən əmioğlular həkimə gedirmişlər... - FOTO

1077 21.11.2025 10:35 Hadisə A A

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.

Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, Mingəçevir-Bəhrəmtəpə yolunun Qaradolaq kəndindən keçən hissəsində “Qazel”lə toqquşan “VAZ 21015”dəki şəxslər Ağcabədidən Bərdəyə həkimə gedirmişlər.

Belə ki, “VAZ”ın sürücüsü 1984-cü il təvəllüdlü Orxan Vəliyev, həyat yoldaşı Türkan Vəliyeva və 1972-ci il təvəllüdlü əmisi oğlu Elsevər Vəliyevlə birgə Bərdəyə yola düşdükdən az sonra faciəvi hadisə ilə üzləşiblər.

Qəza nəticəsində sürücü və əmisi oğlu Elsevər həlak olub. O.Vəliyevin Vətən müharibəsi iştirakçısı olduğu bildirilib.

Ağır xəsarətlər alan T.Vəliyevanın müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Fotoda: Orxan Vəliyev

Fotoda: Elsevər Vəliyev

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR