İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qorxulu Tehran” həm təhdid edir, həm də danışıqlara hazıram deyir – şok təfərrüatlar

617 12.01.2026 15:05 Dünya A A

Ötən gün ailəsi ilə birgə ölkədən qaçdığı iddia olunan İranın Xarici İşlər naziri Abbas Əraqçı ortaya çıxıb. Musavat.com-un məlumatına görə, bu gün Tehranda xarici ölkələrin sədrləri ilə keçirdiyi görüşdə, diplomat ölkəsinin danışıqlara hazır olduğunu deyib. Əraqçı bildirib ki, İran müharibə istəmir, ancaq istənilən müharibəyə də tam hazırdır: “Ancaq bu danışıqlar insaflı və qarşılıqlı hörmət çərçivəsində olmalıdır”.

Abbas Əraqçi İranın xarici işlər naziri ola bilər - ANS - Xəbərlər

XİN rəhbəri ölkədə baş verən etiraz aksiyalarının təşkilində ABŞ və İsrailin rolunun olduğunu iddia edib: “Aksiyaların qanlı və zorakı müstəviyə keçməsi Donald Trampın İrana müdaxiləsinə zəmin yaratmaq üçündür”. Günaz.tv-nin məlumatına görə, A.Əraqçi etirazçıların silahlandığını söyləyərək, bununla bağlı rejiminəlində faktlar olduğunu deyib: “Əlimizdə etirazçılar arasında silah paylanmasına dair çoxlu sənədlər var və həbs olunanların bununla bağlı etirafları yaxın vaxtlarda yayımlanacaq”.

İran'ın ABD ile görüşme istediği iddiasına Trump'ın TEPKİSİ

Eyni zamanda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bağai Tehranın aparıcı diplomatlarından Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi arasında aktiv əlaqə kanalının açıq olduğunu bəyan edib. Bağainin sözlərinə görə, bu kanal vasitəsilə zərurət yarandıqda tərəflər arasında vacib mesajlar ötürülür. O açıqlamasında bildirib: “Cənab Araqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi arasında əlaqə kanalı açıqdır və ehtiyac olduqda bu xətlə lazımi mesajlar çatdırılır”.

İnsan haqları təşkilatlarının bildirdiyinə görə, İran hökuməti etirazçılara qarşı repressiyalara bəraət qazandırmaq üçün təxribatlar törədir, SEPAH və təhlükəsizlik qüvvələri mülki formada və etirazçı qılığında vətəndaşların şəxsi əmlakını dağıdırlar. İran İnsan Haqları Təşkilatının yaydığı məlumatda bildirilir ki, ötən ilin 28 dekabrdan başlayan etirazlarda 544 nəfər öldürülüb. Məlumata görə, qətlə yetirilən çoxlu sayda etirazçıların kimliyini hələlik müəyyənləşdirmək mümkün olmayıb. Bildirilir ki, 10 681 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb. Ölkədə internet kəslidiyini görə, öldürülən və həbs olunanların sayı, həmçinin kimliyinin müəyyənləşdirilməsində çətinliklər var. Bəzi mənbələr isə öldürülənlərin sayının minlərlə olduğuna dair məlumatlar yayıblar.

CROSSMEDIA - Donald Tramp ABŞ prezidenti oldu

ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib ki, İran ABŞ-la əlaqə saxlayıb və danışıqlar təklif edir.

O, belə bir müraciətin onun İrandakı etiraz aksiyalarına reaksiyasından sonra edildiyini deyərək, Tehranla görüş təyin etmək üçün danışıqlar apardığını bildirib.

Dövlət başçısı İrandakı aksiyalarla bağlı hər saatbaşı məlumatlandırıldığını vurğulayıb. “Biz bəzi çox güclü variantları nəzərdən keçiririk. Mənə hər saat hesabat verilir və biz tezliklə qərar verəcəyik”, - deyə Tramp qeyd edib.

ABŞ senatoru Qrehem “Fox News “telekanalına müsahibəsində prezident Donald Trampı İran hakimiyyətinə qarşı sərt addımlar atmağa çağırıb. Senator İran İslam Respublikasını öz xalqını qətlə yetirməkdə ittiham edib və vəziyyətə ciddi şəkildə müdaxilə edilməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, İranın ali rəhbərinin hakimiyyətdən uzaqlaşdırılması regionda sabitliyin bərqərar olmasına, “Hizbullah” və HƏMAS kimi qruplaşmaların zəiflədilməsinə, həmçinin İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına töhfə verə bilər.

Göründüyü kimi, İran həm ölkədəki iğtişaşlara görə ABŞ və İsraili günahlandırır, həm də danışıqlara hazır olduğunu bildirib. İttiham etdikləri ilə danışıqların nəticəsi ola bilərmi? Üstəlik, ABŞ lideri hazırda İrandakı aksiyalarla bağlı vəziyyətə daha çox diqqət yetirdiyini açıq bildirir və danışıqları arxa plana keçirir. Qeyd edək ki, Tramp ötən günlər ərzində bir neçə dəfə Tehrana xəbərdarlıq edərək, zor işlədiləcəyi halda, İrana qarşı sərt tədbirlərə əl atılacağını bəyanlamışdı. Belə olduğu halda, “Qorxulu Tehran” həm təhdid edir, həm də danışıqlara hazıram deyir. Tehranın danışıqlara hazır olması vəziyyəti yumşalda bilərmi, yoxsa Tramp planında israrlı olacaq, etirazçılara qarşı silah işlədən İran rejimini cəzalandırmaq üçün nöqtəli zərbələr endirəcək?

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov Musavat.com-a açıqlamasında bildirib ki, hazırda İrandakı etiraz dalğası ölkədəki iqtisadi çətinliklər və sosial narazılıqların dərinləşməsi fonunda baş verir: “Xarici İşlər naziri Abbas Əraqçı səfirlərlə görüşündə danışıqlara açıq olduğunu bildirir və bu, Tehranın diplomatik kanalları qorumaq istəyini göstərir. O, İranın müharibə axtarmadığını, lakin hər hansı təcavüzə qarşı tam hazır olduğunu vurğulayır. Bu ifadələr həm sakit, həm də qəti mövqe nümayiş etdirir. Əraqçı etirazların zorakı xarakter almasını ABŞ və İsrailin müdaxiləsi ilə əlaqələndirir və prosesin xarici qüvvələrin təsiri altında formalaşdığını qeyd edir. Nazir əlində etirazçılar arasında silah paylanmasına dair sənədlər olduğunu və həbs olunanların etiraflarının yaxın vaxtlarda açıqlanacağını deyir. Bu iddialar rejimin daxili sabitliyi qorumaq üçün xarici faktorları ön plana çıxardığını əks etdirir. XİN sözçüsü İsmail Bağai Əraqçı isə ABŞ-ın xüsusi nümayəndəsi arasında əlaqə kanalının açıq qaldığını bəyan edir. Bu kanal zəruri hallarda vacib mesajların ötürülməsinə imkan yaradır və tərəflər arasında arxa planda əlaqənin davam etdiyini təsdiqləyir. Eyni zamanda insan haqları təşkilatlarının məlumatları etirazlarda yüzlərlə nəfərin həlak olduğunu və minlərlə insanın həbs edildiyini göstərir. İnternetin kəsilməsi hadisələrin dəqiq miqyasını müəyyənləşdirməyi çətinləşdirir. Bu rəqəmlər ölkədəki gərginliyin dərinliyini ortaya qoyur. Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp İranın danışıq təklif etdiyini və vəziyyəti diqqətlə izlədiyini açıqlayır. O, hər saat hesabat aldığını və güclü variantları nəzərdən keçirdiyini qeyd edir. Bu ifadələr Vaşinqtonun prosesə ciddi yanaşdığını göstərir. Senator Lindsey Graham İran hakimiyyətinə qarşı sərt addımlar tələb edir və ali rəhbərin uzaqlaşdırılmasının region sabitliyinə töhfə verə biləcəyini deyir. Bu mövqe ABŞ-dakı bəzi dairələrin fikrini əks etdirir”.

T.İsmayılov əlavə edib ki, İran tərəfi həm xarici qüvvələri ittiham edir, həm də danışıqlara hazır olduğunu bildirir: “Bu yanaşma ikili strategiyanın nümunəsidir. Danışıqların nəticəsi qarşılıqlı etimadın səviyyəsindən asılı qalır. Əraqçı insaflı və qarşılıqlı hörmət çərçivəsində danışıqlar tələb edir. Tramp etirazlara diqqət yetirir və danışıqları ikinci plana keçirir. Bu, ABŞ-ın hazırkı prioritetlərini göstərir. Rejim repressiyalara bəraət qazandırmaq üçün xarici müdaxilə narrativindən istifadə edir. Lakin etirazların miqyası daxili səbəblərin üstünlüyünü vurğulayır. İqtisadi problemlər və sosial tələblər prosesdə əsas rol oynayır. Danışıqların mümkünlüyü hər iki tərəfin konstruktiv addımlarından asılıdır. İranın danışıqlara hazır olması vəziyyəti qısamüddətli yumşalda bilər. Trampın planında israrlı olması isə diplomatik təzyiqləri artıra bilər. Hər iki tərəf regiondakı tarazlığı nəzərə alaraq, hərəkət etmək məcburiyyətində qalır. Sülh danışıqları uğurlu olarsa, gərginlik azalar. Əks halda, qarşıdurma riski yüksək olaraq qalır. Bu mərhələdə qarşılıqlı addımlar xüsusilə vacibdir. İranın xarici siyasəti və daxili vəziyyəti bir-biri ilə sıx bağlıdır. Etirazlar ölkənin gələcək istiqamətini müəyyənləşdirə bilər. Nəhayət, danışıqlar vasitəsilə həll yolu tapmaq hər iki tərəf üçün faydalı olar. Bu yanaşma regionda sabitliyin qorunmasına xidmət edir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR