İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubernator geri addım atdı: Yaralı Milli Qvardiya hərbçiləri barədə məlumat dəqiqləşdirilir

616 27.11.2025 01:48 Dünya A A

Musavat.com xəbər verir ki, Qərbi Virciniya qubernatoru daha əvvəl verdiyi “iki yaralı hərbçinin öldüyü” barədə bəyanatını geri götürüb və rəsmi olaraq düzəliş yayıb.

Qubernator yeni açıqlamasında bildirib:

“Hər iki hərbçimizin vəziyyəti ilə bağlı bir-birini təkzib edən məlumatlar alırıq. Daha dəqiq təsdiq aldıqdan sonra ictimaiyyəti məlumatlandıracağıq. Bu igidlərimiz, onların ailələri və bütün Qvardiya icması üçün dua edirik”. 

Hazırda yaralıların vəziyyəti barədə dəqiq rəsmi məlumat yoxdur. ABŞ təhlükəsizlik qurumlarının araşdırması davam edir. 

 

Musavat.com

90e45718-cd4e-4145-9f91-f39883eef14e.jpg (81 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR