İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdsdə etiraz: avtobus izdihama çırpıldı, ölən var - VİDEO

618 07.01.2026 01:23 Dünya A A

Qüdsdə ultraortodoks yəhudilərin keçirdiyi kütləvi etiraz aksiyası zamanı ağır insident baş verib.

Musavat.com xəbər verir ki, aksiyanın gedişində bir avtobus izdihamın üzərinə sürülüb, nəticədə ilkin məlumata əsasən 1 nəfər həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə baş verdikdən sonra vəziyyət daha da gərginləşib. Etirazçılardan bir qrup yerli televiziya kanalının çəkiliş qrupuna hücum edərək jurnalistlərin işinə mane olub. 

Məlumata görə, bu gün təxminən 10 min ultraortodoks yəhudi Qüds küçələrinə çıxaraq hərbi xidmətlə bağlı qanunvericiliyə planlaşdırılan dəyişikliklərə etiraz edib. Sözügedən dəyişikliklər ultraortodoks icmalar üçün indiyədək mövcud olan güzəştlərin mərhələli şəkildə azaldılmasını və hərbi xidmətə çağırışın genişləndirilməsini nəzərdə tutur.

Məhz bu perspektiv etirazların əsas səbəbi kimi göstərilir. Aksiya iştirakçıları bildirirlər ki, planlaşdırılan dəyişikliklər onların dini həyat tərzinə və icma qaydalarına ziddir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR