İnsanlara hürriyət, millətlərə istiqlal!

Qumara görə həbs cəzası

626 14.07.2026 11:50 Gündəm A A

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, sənəd barədə komitə sədri Əli Hüseynli məlumat verib.

Layihəyə əsasən, qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq.

Layihəyə görə, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir.

Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə beş min manat məbləğində cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR