İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Balayevin SON DURUMU açıqlandı: təyyarə ilə Türkiyəyə aparılmışdı

2493 15.03.2026 15:44 Son xəbər A A

“Rasim Balayevin müalicəsi yekunlaşır. Vəziyyəti normaldır”.

Bunu Musavat.com-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O bildirib ki, Xalq artisti Novruz bayramı ərəfəsində vətənə qayıdacaq:

“Övladları ilə əlaqə saxlayıram. Onlar müalicənin yaxşı getdiyini və yekunlaşmaq üzrə olduğunu deyirlər. Onun yaxın günlərdə vətənə geri dönməsi gözlənilir”.

Qeyd edək ki, Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılıb və hazırda müalicəsi orada davam etdirilir. O, bir müddət əvvəl səhhətində yaranmış problemə görə əməliyyat olunmuşdu.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR