İnsanlara hürriyət, millətlərə istiqlal!

Rektor: "İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər"

1154 06.09.2025 01:12 Ölkə A A

"Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev deyib.

O, buna səbəb olaraq havaların isti olmasını göstərib.

Universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb: "Uşaqlar ordadır da, universiteti özləri idarə edirlər. Universiteti isə təqaüdə çıxmaq üçün yox, işləmək üçün yaratmışıq".

Səhhəti barədə isə söz açan Ə.Vəliyev deyib ki, problem qocalıqla bağlıdır: "Səhhətimlə bağlı müalicələr gedir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR