"Mən də bu mövzu haqqında fikirlərimi bildirmək istəyirəm. Baxıram ki, narkoloji reabilitasiya mərkəzlərindən birindən jurnalistlərdən biri gedib və onu tapa bilmirlər".
Musavat.com xəbər verir ki, bu sözləri Rəqsanə İsmayılova sosial media hesabında bölüşüb.
O, keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən qaçmasına belə mübasibət bildirib:
"Sonra həmin mərkəzin bütün sosial media hesablarına baxdım və gördüm ki, ona orada göstərilən diqqət və qayğı çox yüksək səviyyədədir. Ona necə diqqət etdiklərini də gördüm. Düzdür, jurnalistin həmin mərkəzdən qaçması birmənalı qarşılanmayıb. Hərə öz fikrini bildirib. Düşünürəm ki, bu insanların onlara dəstək olması pis bir şey deyil. Onlar qayda-qanunla fəaliyyət göstərirlər".
Qeyd edək ki, Nəsimi Nəbizadə ötən ilin sentyabrında "Qurtuluş" Reabilitasiya Mərkəzinə yerləşdirilmişdi. O, yanvarın 8-də müalicə aldığı mərkəzdən qaçıb.
Könül
Musavat.com






