İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçı senatordan Ağ Ev rəsmisinə sərt sözlər: Axmaq, cahil!

530 09.01.2026 17:47 Dünya A A

ABŞ siyasi mühitində gərginlik hiss olunur. İş o yerə çatıb ki, Tramp administrasiyası və Konqres üzvləri bir-birlərinə etikadan kənar ifadələri açıq şəkildə söyləməkdən çəkinmirlər.

Musavat.com xəbər verir ki, Şimali Karolinadan seçilmiş respublikaçı senator Tom Tillis Ağ Evin aparat rəhbərinin müavini Stiven Milleri qeyri-ciddi davranışda ittiham edib və onu “həvəskar” adlandırıb.

Tillis bu fikirləri Senatın iclas zalında çıxışı zamanı səsləndirib. Onun narazılığı Milllerin CNN-ə verdiyi müsahibə ilə bağlı olub. Həmin müsahibədə Miller ABŞ administrasiyasının Qrenlandiyanı ABŞ-a qatmağı rəsmi mövqe kimi gördüyünü iddia edib.

Qeyd edək ki, Tom Tillis Senatın NATO Nəzarət Qrupunun həmsədridir.

O, Millerin sözlərinin ABŞ-ın müttəfiqləri ilə münasibətlərinə zərbə vurduğunu bildirib və belə ifadələrin məsuliyyətsiz olduğunu vurğulayıb:

“Bəziləri məni əsəbi adlandırır. Bilirsiniz nə məni əsəbiləşdirir? Axmaqlıq. Məni əsəbiləşdirən odur ki, insanlar öhdələrinə düşəni araşdırmır və ev tapşırığını etmir”.

Tillis Millerin Qrenlandiya ilə bağlı açıqlamalarını həm “geosiyasi cəhalət”, həm də NATO çərçivəsində təhlükəli siqnal kimi qiymətləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR