ABŞ senatoru Bernie Moreno (Ohayo ştatından Respublikaçı) tərəfindən hazırlanan və ikili vətəndaşlığı qadağan edən qanun layihəsi birinci xanım Melania Tramp, İlon Mask və onlarla digər məşhur şəxsə təsir göstərə bilər.
Musavat.com Newsweek jurnalına istinadən xəbər verir ki, qanun qüvvəyə minərsə, Sloveniya vətəndaşlığına malik Melaniya Tramp və oğlu Barron bir il ərzində ondan imtina etməli olacaqlar.
Tramp ailəsindən başqa, tədbirlər ABŞ, Cənubi Afrika və Kanada vətəndaşlığına malik olan Maska, eləcə də Tom Henks, Mila Kunis, Pamela Anderson və digər məşhur aktyor və aktrisalara təsir göstərə bilər.
Moreno bildirib ki, "ABŞ vətəndaşı olmaq şərəf və imtiyazdır, amerikalı olmaq istəyirsinizsə, ya hər şey, ya da heç nə".
Bir müddət əvvəl senatorun mətbuat xidməti onun ABŞ Konqresinin yuxarı palatasına ABŞ pasportu olan şəxslərin ikili vətəndaşlığa malik olma imkanını ləğv etməyi nəzərdə tutan qanun layihəsi təqdim etdiyini açıqlayıb. Layihəyə əsasən ikili vətəndaşlığı olanlar ABŞ pasportlarını saxlamaq istəyirlərsə, ABŞ Dövlət katibinə sorğu təqdim etməlidirlər.
Musavat.com






