İrəvanda Avropa İttifaqının ofisi qarşısında revanşist dairələrin təşəbbüsü ilə aksiya keçirilir.
Musavat.com xəbər verir ki, aksiyanı ARFD-nin (Daşnaksutyun) “Nikol Aqbalayan” tələbə ittifaqı təşkil edib.
Aksiya iştirakçıları əllərində həbs edilmiş din xadimlərinin və digər saxlanılan şəxslərin fotoları olan plakatlar tutaraq, onların azadlığa buraxılmasını tələb edirlər.
Təşkilatçılar beynəlxalq qurumların diqqətini Ermənistanda siyasi motivli həbslərə yönəltməyə çalışdıqlarını bildirirlər.






