İnsanlara hürriyət, millətlərə istiqlal!

RƏZALƏT! Kreml Putinin bu videosunu SİLMƏLİ OLDU, prezidentə SƏRT QADAĞA! – TV Musavat-Canlı debat

750 25.05.2026 11:02 Ölkə A A

Vladimir Putinin rusiyalı hərbçilərlə son görüşünə dair video sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

“AzPolitika” xəbər verir ki, həmin video əvvəlcə Rusiyanın TASS rəsmi agentliyi tərəfindən dərc edilib, lakin sonradan Kremlin rəsmi saytından yoxa çıxıb.

Buna səbəb Putinin həmin görüşdə xoşagəlməz vəziyyətə düşməsidir. Belə ki, Putin zaldakı hərbçiləri onun ardınca üç dəfə "Ura" qışqırmağa çağırıb. Lakin özü bunu etməkdə çətinlik çəkib və nəticədə eybəcər bir mənzərə alınıb. Görünür, hətta Kremldə də bu “Ura”-nın çox inamsız və uğursuz alındığını görüb, videonu silməyə qərar veriblər...

Qeyd edək ki, bu məqama Ukrayna Prezidenti Volodimir Zelenski də reaksiya verib: "Putin artıq "Ura" sözünü belə düzgün tələffüz edə bilmir - mızıldanır - amma yenə də raketləri ilə yaşayış binalarını vurur”.

Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR