İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubinyandan Nersisyana sərt ittiham: "Koçaryanı seçdi, xalqı yox”

689 07.12.2025 20:36 Siyasət A A

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan kilsə rəhbərliyi ilə bağlı məlum böhranı şərh edərək sensasion açıqlama verib.

O bildirib ki, kilsədə parçalanma məhz Ktriç Nersisyanın xalqla Koçaryan arasında seçim edərkən Koçaryanı üstün tutduğu gün başlayıb.

Musavat.com xəbər verir ki, Rubinyanın sözlərinə görə, bir müddət əvvəl əslində bu vəziyyəti ye­pis­kop Gevorq da təsdiqləyib.

O iddia edib ki, bir sıra din xadimləri “rusiyalı biznesmenin mitinqlərinə” göndərilib.

“Xalq kilsəsinin Koçaryanın qərargahına çevrilməsini istəmir. Məhz buna görə Ktriç Nersisyan getməlidir”, - Rubinyan qeyd edib.

Rubinyan əlavə edib ki, Nersisyan yalnız “koçaryançılar” və “rusiyalı biznesmenin tərəfdarları” üçün katolikos ola bilər, amma bütün ermənilər üçün yox.

“Onun yerinə nə iqtidarın adamı olmalıdır, nə də hakim partiyanı sevən biri. Ermənistanın ehtiyacı bütün xalqı birləşdirə biləcək, həqiqi bütün ermənilərin katolikosudur”, - sonda o vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR