İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio İraq baş nazirinə zəng vurub : İranyönümlü hökumət...

560 26.01.2026 09:17 Dünya A A

ABŞ Dövlət Katibi Marko Rubio İraq Baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı keçirib.

Musavat.com  xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqot yayıb. Bildirilir ki, bazar günü baç tutan telefon danışığı zamanı İraq həbsxanalarında İŞİD yaraqlılarının saxlanılması müzakirə olunub: "Dövlət katibi İraq hökumətinin Suriyanın şimal-şərqindəki son qeyri-sabitlikdən sonra İŞİD terrorçularının İraqda ciddi mühafizə olunan obyektlərə köçürülməsi və saxlanılmasını sürətləndirmək təşəbbüsünü və liderliyini təqdir edib".

Rubio və əl-Sudani həmçinin "ölkələrin İraqdakı vətəndaşlarını dərhal geri qaytarmalarını təmin etmək üçün davam edən diplomatik səyləri" müzakirə ediblər ki, bu da onların məsuliyyətə cəlb olunmasına imkan yaradacaq.

Piqotun sözlərinə görə, Rubio və əl-Sudani "həmçinin İraqda hökumətin qurulması ilə bağlı məsləhətləşmələri müzakirə ediblər": “Dövlət katibi İranın nəzarətində olan bir hökumətin İraqın maraqlarını uğurla birinci yerə qoya bilməyəcəyini, İraqı regional münaqişələrdən uzaq tuta bilməyəcəyini və ya ABŞ ilə İraq arasında qarşılıqlı faydalı tərəfdaşlığı təmin edə bilməyəcəyini vurğulayıb”.

Suriya TV-nin əvvəllər xəbər verdiyi kimi, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya son iki gündə Suriyanın şimal-şərqindəki Haseke həbsxanasından 300-dən çox İŞİD məhbusunu Qamışlıdakı hərbi bazaya köçürüb. Onun mənbələrinə görə, məhbuslar separatçı kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) koalisiyasının nəzarətində olan həbsxanadan sonradan İraqa köçürülmək üçün "ən ciddi məxfilik altında və ABŞ qüvvələrinin nəzarəti altında" beynəlxalq bazaya köçürülüblər.

Əvvəllər ABŞ qüvvələrinin artıq Suriyanın Haseke əyalətindən 150 İŞİD döyüşçüsünü "İraqdakı təhlükəsiz yerə" daşıdığı bildirilirdi. "Əl-Hadath TV"-nin məlumatına görə, Suriyadan köçürülən keçmiş İŞİD döyüşçülərinin ilk qrupuna 85 iraqlı və Avropa Birliyi, Somali və Sudan da daxil olmaqla digər ölkələrin 65 vətəndaşı daxildir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR