İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus kəşfiyyatından son dərəcə təhükəli açıqlama gəldi

3883 28.05.2026 03:24 Dünya A A

Rusiyanın şimal-qərb sərhədlərində hərbi gərginliyin artdığı bildirilir.

Musavat.com xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktor müavini və Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov vəziyyətin ciddi şəkildə pisləşdiyini açıqlayıb.

Onun sözlərinə görə, Finlandiya, Baltikyanı ölkələr və Polşa sərhədin hərbi mühafizəsini gücləndirir, yeni hərbi bazalar yaradır və müasir silah sistemləri əldə edir.

Kulişov bildirib ki, qonşu ölkələrin ərazilərində Rusiyaya yaxın bölgələrdə qoşun və texnikanın daşınması üçün logistika imkanları da genişləndirilir.

FSB rəsmisi qeyd edib ki, NATO çərçivəsində keçirilən hərbi təlimlərin sayı və miqyası artıb. O vurğulayıb ki, bu təlimlər zamanı müxtəlif münaqişə ssenariləri üzərində işlənilir.

Kulişov sərhəd xəttində aparılan fəaliyyətlərin birbaşa qarşıdurmaya hazırlıq xarakteri daşıdığını da bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR