İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya AZAL təyyarəsinin vurulmasını “texniki məsələ” kimi bağladı – gizli müşavirədə şok qərar

1297 09.01.2026 17:28 Son xəbər A A

AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiyada cinayət işinin bağlanması yeni qalmaqallı detallarla üzə çıxır.

Musavat.com xəbər verir ki, Minval Politika redaksiyası AZAL reysi ilə bağlı keçirilmiş qapalı “xüsusi müşavirə”nin əsl mahiyyətini üzə çıxarıb.

Məlumata görə, 2025-ci il sentyabrın 2-də Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanının rəhbərliyi ilə AZAL təyyarəsinin vurulması ilə bağlı formal xarakterli “xüsusi müşavirə” keçirilib. Həmin toplantıda yalnız gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün “Kovyor” siqnalı zamanı qarşılıqlı əlaqənin “təkmilləşdirilməsi” barədə texniki qərar qəbul edilib.

Diqqətçəkən məqam isə budur ki, müşavirədə AZAL təyyarəsinin vurulması əmrini verən general-mayor Aleksandr Tolopilo da iştirak edib. O, aradan keçən aylara baxmayaraq, heç bir ictimai məsuliyyət daşımadan iclasa qatılıb, məruzə ilə çıxış edib və faktiki olaraq xidmətini davam etdirib.

Minval Politika-nın məlumatına əsasən, Tolopilo ilə bağlı bütün xidməti araşdırmalar artıq dayandırılıb. Bu isə Rusiyada AZAL təyyarəsinin qəzası ilə bağlı cinayət işinin faktiki olaraq ört-basdır edildiyini göstərir.

Xatırladaq ki, ötən ilin sonunda Düşənbədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə istintaqın sona qədər aparılacağı və günahkarların cəzalandırılacağı barədə vəd vermişdi. Lakin məlum olur ki, bu vəddən əvvəl Tolopilo ilə bağlı bütün ittihamlar artıq aradan qaldırılıb.

Bu da prinsipial sual doğurur: ya Putin real vəziyyəti bilə-bilə Azərbaycan tərəfini yanlış məlumatlandırıb, ya da Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin dövlət başçısına qəsdən səhv informasiya təqdim edib.

Bu arada, Rusiya İstintaq Komitəsi Minval Politika-nın sorğusuna cavab verməkdən imtina edib. Rusiya Federasiyasının Bakıdakı səfirliyi də mövzu ilə bağlı şərh verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR