İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Bakıya “xoş niyyət jesti” təklifi etdi

12148 15.02.2026 19:22 Siyasət A A

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda saxlanılan Rusiya vətəndaşları barədə açıqlama verib.

Musavat.com xəbər verir ki, o, Rusiya mediasına müsahibəsində hazırda Bakıda 30 iyun – 1 iyul 2025-ci ildə həbs edilən 11 Rusiya vətəndaşının istintaq təcridxanasında saxlanıldığını bildirib.

Qaluzin qeyd edib ki, Rusiya səfirliyi həm saxlanılan şəxslərlə, həm də onların yaxınları ilə sıx təmasdadır. Sonuncu konsul görüşü Azərbaycan tərəfi tərəfindən 30 dekabr 2025-ci ildə təmin olunub.

Diplomat vurğulayıb ki, onların tezliklə azad edilməsi Moskva üçün qeyd-şərtsiz prioritetdir. Rusiya və Azərbaycan qurumları xətti ilə həmin şəxslərin vətənə qaytarılması üçün müxtəlif variantlar üzərində iş aparılır və məsələ ikitərəfli siyasi təmaslarda mütəmadi qaldırılır.

Qaluzin əlavə edib ki, Bakının bu şəxslərlə bağlı qərarı “mehriban qonşuluq ruhunda xoş niyyət jesti” ola və iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR