İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya deputatları Ermənistana buraxılmadı – Zaxarovadan qəzəbli açıqlama

2321 28.05.2026 20:58 Gündəm A A

Rusiya Ermənistanın iyunda keçiriləcək parlament seçkiləri ilə bağlı bəzi Rusiya vətəndaşlarına akkreditasiyanın verilməməsi qərarından narazılığını ifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

Zaxarovanın sözlərinə görə, Ermənistan tərəfi qeyri-rəsmi şəkildə bəzi Rusiya vətəndaşlarının seçki müşahidəçiləri siyahısına daxil edilməsinin arzuolunmaz olduğunu bildirib.

Bunu gələcəkdə nəzərə alacağıq. Konkret olaraq həmin şəxslərin – Rusiya Dövlət Dumasının üç deputatının – Ermənistan qarşısında nə kimi günah işlədiyini bilmirik. Yalnız ehtimal edə bilərəm ki, onlar Avropa İttifaqının sanksiya siyahısındadır və bu, rəsmi İrəvanın Aİ qarşısında nümayiş etdirdiyi mövqedir, - deyə Zaxarova bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR